“Koronavirusdan qorunmuram, qabağıma çıxanı öpürəm” – Deputat

“Koronavirusdan qorunmuram, qabağıma çıxanı öpürəm” – Deputat
14 Mrt 2020 13:29
5

“Koronavirusdan qorunmuram. Məncə, panika yaratmağa ehtiyac yoxdur. Ürəyim istəyən dostlarımla görüşür, qabağıma çıxanı bağrıma basıb öpürəm”.

Bu sözləri açıqlama verən millət vəkili Aqil Abbas deyib. Deputat bildirib ki, o, virusun təbii olduğuna inanmır: “Bu virus siyasi məqsədlə laboratoriyalarda yaradılıb. Kim hazırlayıbsa, özlərinə də keçib. Görün, Çin iqtisadiyyatına nə qədər ziyan dəyib. İnsanlara bir az təmkinli olmağı arzulayaram, panikaya düşməsinlər. Mən qorxaq insan deyiləm, amam insanlar özlərini qorumalıdırlar. Hökumətin son addımını təqdir edirəm. Kütləvi yoluxmanın qarşısını almaq üçün bu cür davranmaq lazımdır”.

Oxşar xəbərlər